bookmate game
az
Herman Hesse

Muncuq oyunu

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Nobel mükafatı laureatı Herman Hessenin “Muncuq oyunu” romanı planetimizin bütün oxucuları üçün böyük bir kəşf sayıla bilər. Yazıçının bu əsərdə yaratdığı ölkəyə yalnız ən istedadlı alimlər və məqsədyönlü insanlar düşmək iqtidarındadır. Bu məmləkətin bütün institutları insan təfəkkürünün ən mükəmməl yaradıcı məhsullarını vahid bir külliyyata yığan Oyuna tabedir.
Lakin burda da insan ruhu özünə yer tapa bilmir…
Ця книжка зараз недоступна
617 паперових сторінок
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • b9683221430ділиться враженням8 років тому

    Bu nece bir kitabdı

  • b5160120979ділиться враженням2 роки тому

    Bilmirəm bu heç oxumamışam

  • b8663671055ділиться враженнямторік
    👍Раджу

Цитати

  • Irada Agayevaцитує4 роки тому
    Bir də buralara tam öyrəşənəcən məni öz dostun, öyüd-nəsihət verənin və hətta lazım olarsa, müdafiəçin saymağı rica edirəm; axı bəziləri təzə gələni mütləq azarlamaq lazım olduğunu fikirləşirlər.
  • b1454639165цитує3 роки тому
    Artıq indinin özündə belə parlament üzvlərimiz Kastaliyanın ölkəmiz üçün bahalı israf olduğunu gözümüzə soxurlar. Ölkə hətta müdafiə xətrinə belə silahlanmaya qalxarsa (bu isə tezliklə baş verə bilər), iqtisadiyyat rejimi tətbiq edəcəklər və hakimiyyətin bizə olan mehribanlığına rəğmən bütün bu ehtiyat tədbirlərinin bir ucu da bizə gəlib çatacaq. Orden və onun zəmanət verdiyi ruhani mədəniyyətin sabitliyinin ölkədən nisbətən az qurban tələb etməsiylə qürur duyuruq. Digər dövrlərlə, xüsusən də ali məktəblərinə, hesabı bilinməyən gizli məşvərətçilərinə və dəbdəbəli müəssisələrinə eninə-uzununa maddi yardım edilmiş erkən felyeton dönəmiylə müqayisədə bu məsrəflər o qədər də böyük deyil, hətta hərbi əsrin müharibə və silahlarının həzm-rabedən keçirdikləriylə müqayisəedilməzdi. Amma deyəsən, tezliklə anın əsas tələbatı silahlanma olacaq, parlamentdə yenidən generallar at oynadacaq və əgər xalq Kastaliyanı qurban vermək, ya özünü müharibə və məhv təhlükəsinə atmaq seçimiylə üzbəsurət qalarsa, onun necə səs verəcəyi hamımıza bəllidir. Onda, heç şübhəsiz ki, hərbi ideologiya, demaqoq dünyagörüşü cavanların başını yeyəcək, nəticədə alimlər və alimlik, latın dili və riyaziyyat, təhsil və ruhani mədəniyyət yalnız hərbi məqsədlərə xidmət edə biləcək qədər mövcudluq haqqı qazanacaq. Təlatüm artıq başlayıb, nə vaxtsa bizi yuyub aparacaq. Bu bəlkə də yaxşı, hətta deyərdim ki, zəruridir. Amma hələ ki, çox hörmətli həmkarlar, baş verənlərə varmağımıza, öz oyanışımıza və öz cəsarətimizə nisbətdə malik olduğumuz insana verilən və dünya tarixini bəşəriyyət tarixinə çevirən məhdud qərar və hərəkət azadlığıdır. İstəsək, gözümüzü belə yuma bilərik, çünki təhlükə nisbətən uzaqdadır; bəlkə də bizlər, indiki magistrlər hələ sonacan xidmət etməyə və sakitcə ölməyə imkan tapacağıq. Lakin mənim üçün və yəqin ki, həm də bəziləri üçün bu asudəlik təmiz vicdanla düz mütənasib olmayacaq. “Gələcəyin mənə heç bir dəxli yoxdur” şüarı altında öz xidməti vəzifələrimi və muncuq oyunu partiyalarını rahatca həyata keçirə bilmərəm. Yox, zənnimcə, siyasət xaricində dayanan bizlər də dünya tarixinə aidliyimizi və onun yaranışına yardımımızı unutmamalıyıq. Elə buna görə də məktubumun ilk sətirlərində xidməti səyimin azaldığını, istənilən halda təhlükə altında olduğunu qeyd eləmişəm, axı daha çox bu gələcək təhlükə barədə fikirləşməyim öz əlimdə deyil. Hərçənd təsəvvürümə bu fəlakətin bizlər və şəxsən mənim üçün hansı formaya düşəcəyini canlandırmasına qadağa qoymuşam. Amma yenə də bir sualdan yan qaça bilmirəm: bu təhlükənin qarşısını almaq üçün nə etməliyik, nə etməliyəm? İcazənizlə bir az da bu barədə danışım.

    Dövlətin başında alim, daha doğrusu, müdrik durmasını iddia edən Platonu dəstəkləməyəcəyəm. Dünya onda daha cavandı. Platon özüsə Kastaliyaya bənzər bir şey yaratsa da, heç də kastaliyalı deyil, kübardı, çar nəslindən idi. Hərçənd biz də kübarıq və aristokratiya yaradırıq, lakin bu, qanın deyil, ruhun zadəganlığıdır.
  • Nüşabə İsmailovaцитує3 роки тому
    ruhani həyatımızın əsas prinsiplərindən biri məhz fərdiliyin silinməsi,

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз