az
Nəcib Məhfuz

Yol

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
“Yol” romanında Nəcib Məhfuz baş qəhrəmanı Sabiri iki yol — iki seçim qarşısında qoyur. Anasının vəfatından sonra Sabir heç vaxt görmədiyi atası zəngin aristokrat Səid Səid ər-Rəhimini axtarmağa başlayır. Həmişə anasının himayəsində rahat həyat yaşamış, heç bir sənəti, bacarığı olmayan Sabir yeganə çıxış yolunu zəngin atasını tapmaqda görür. Əvvəlcə İsgəndəriyyədə, daha sonra Qahirədə davam edən axtarışlar heç bir nəticə vermir. Bu axtarışlar ərzində tale Sabiri iki qadınla qarşılaşdırır. Bu iki qadının timsalında yazıçı qəhrəmanını iki seçim qarşısında qoyur — ya yeni bir həyata başlamaq, ya da cinayətə əl atmaq. Əsər boyu bu iki yol arasında gedib-gələn Sabirin daxili çəkişmələrinin, çəkdiyi iztirablarının, peşmançılığının şahidi oluruq.

“Oğru və itlər” ən yaxınlarının xəyanətinə məruz qalaraq həbsxanaya düşmüş Səid Mehranın intiqam hekayəsidir. O, ədaləti bərpa etməyə və nəyin bahasına olursa olsun, düşmənlərini məhv etməyə qərarlıdır. Onu ələ verən arvadını və yaxın dostu İleyşi, inqilabdan sonra varlanmış ustadı Rauf Əlvanı öldürmək, qızı Sənanı yanına almaq istəyən Səid, keçmişi ilə hesablaşmaq istərkən daha da çıxılmaz vəziyyətə düşür. Adi bir oğru ikən qatilə çevrilən Səid, həm izində polis itləri olan bir cinayətkar, həm də siyasi fikirlərindən saparaq onu aldadan insanların qurbanıdır.
Ця книжка зараз недоступна
234 паперові сторінки
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • b8234558246ділиться враженням8 років тому

    Romanin heyatima etdiyi tesir: gelecek secimlerimde daha diqqetli olmagima vesile oldu. Muellifin eserleri olduqca selis ve rahat oxuya bilinecek eserlerdir. Sevdim Necib Mehfuzu

  • Уля Алиеваділиться враженням7 років тому
    💤Нудна

    Chox menasiz 🤦‍♀️

  • Mir Aliділиться враженням8 років тому
    💤Нудна

Цитати

  • Mir Aliцитує8 років тому
    kasıbsınız və qanunlara uymaq məcburiyyətindəsiniz
  • Mir Aliцитує8 років тому
    Məgər zamanı aldatmaq əyləncə deyil?!
  • Mir Aliцитує8 років тому
    sadəlövhlük ikitərəfli bir silahdır.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз