Lacivərd Məmmədovaділиться враженням6 років тому
💡Пізнавальна
🎯Корисна
🌴У відпустку

Göy rəngin yaranmasının tarixini oxuduq. Tarix kitablarına məxsus uzun izahlar, ara-sıra maraqlı faktlar var. Qeydlər çoxdur. Adətən qeydlərdə hər hansı söz və ya hadisə haqqında qısa məlumat verilirdisə, burada bizə daha çox verilən abzasın götürüldüyü mənbələr, daha dolğun öyrənmək istədiyimiz halda müraciət edilməli olan kitabların adı göstərilir. Bir qayda olaraq bunlar fransız dilində, qatar uzunluğunda, səsləndirə bilmədiyim adlardır. "Mən bu kitabı oxuyuram, başqa kitabı oxumaq istəsəm onu da oxuyaram, amma mənə burda da məlumat ver" demək istəyirsən. Fransız inqilabı və ondan sonrakı dövrlərdən başlayaraq, kitab artıq maraqlı gəlməyə başlayır. Yəni hardasa kitabın yarısından sonrası. Böyük ehtimal seriyanın digər kitablarını da oxuyacam, amma böyük həvəsin yarandığını deyə bilmərəm ( təəssüf ki).

  • недоступно
  • Увійдіть або зареєструйтеся, щоб коментувати
    fb2epub
    Перетягніть файли сюди, не більш ніж 5 за один раз