az

Ştefan Svayq

Stefan Sveyq — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. 1881-ci ildə Vyanada doğulub, atası yəhudi əsilli varlı bir fabrikant olub. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ı, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İlgiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin asərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir.
роки життя: 28 Листопада 1881 23 Лютого 1942

Книжки

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз