Süheyl Seçkinoğlu

Книжки

Цитати

Gulshan Jabiцитує2 роки тому
Padşahın işdən çıxartdığı vəzir dərvişlərə qoşulmuşdu. Ürəyi sınıq, ağlı qarışıq idi. Allahın dostlarının qəlb zənginliyi bu hisslərini yox etdi, könlündəki sis dağıldı.

Bir müddət keçəndən sonra padşahın rəğbətini yenidən qazandı. Vəzifəsinə geri çağırıldı. Amma o qəbul etmədi:

– Ağıllı insanların arasında vəzifədən kənarlaşdırılmış olmaq işləməkdən yaxşıdır.

­– Əgər vəzifəni qəbul etmirsinizsə, onda öz yerinizə dövlət məsələlərindən baş çıxaran və işlərin öhdəsindən gələ bilən bir nəfəri təklif edin, – padşah dedi.

Vəzir cavab verdi:

– Ağıllı adam bu işə girişməz.

O belə bir hekayə nəql etdi:

– Eşşəkdən soruşublar: “Niyə aslanın dalınca gəzirsən?” O da belə cavab verib: “Həm onun qabağından qalanları yeyirəm, həm də gücünün kölgəsinə sığınır, özümü düşmən təhlükəsindən amanda hiss edirəm”. “Bəs niyə ona çox yaxınlaşmırsan?” – deyə ­soruşanda da belə deyib: “Yanında özümü təhlükəsiz hiss etsəm də, onun qəzəblənib-qəzəblənməyəcəyindən əmin ­deyiləm”.

Vəzir bu hekayəni danışdıqdan sonra əlavə etdi:

– Atəşə ibadət edən onu yüz il yandıra bilər, amma onun içinə düşsə, özü də yanar.
Gulshan Jabiцитує2 роки тому
Hz.Peyğəmbər o xəstəyə dedi:

– Sən belə de: “Ey Allahım, Sən bizim üçün çətinlikləri asanlaşdır. Dünyada da, axirətdə də işimizi avand et. Yolumuzu gül bağçası kimi lətafətli et, ey Uca Allah, son mənzilimiz onsuz da Sənsən”.
Gulshan Jabiцитує2 роки тому
Sevgilinin yurdu

Leyliyə olan məhəbbəti üzündən səhralara düşərək vəhşi heyvanlarla, ceyranlarla, qum dənələri ilə yoldaşlıq edən Məcnun iti görən kimi tanımışdı. Bu o idi, Leylinin məhəlləsində dolaşan it...

Həmin it Leylinin izini, kölgəsini, ətrini daşıyırdı. Məcnun heyvanı öpür, iyləyir, bağrına basırdı:

– Üstündə sevgilimdən nişanə daşıyan müqəddəs məxluq, – deyə ağlayırdı.

Oradan ötüb-keçən bir nəfər özünü saxlaya bilmədi:

– Nə edirsən? Çirkli küçə itini niyə qucaqlayırsan?

Məcnun cavab verdi:

– Sən gəl bu itə mənim gözümdən bax. Onda sevgilimin ətri var, Leylinin məhəlləsində gözətçilik edərək şərəflənib. Bu itin qəlbinə, ruhuna və ədəbinə diqqət et, gör haranı seçib, harada yurd salıb. Sevgilimin məhəlləsində yurd salmış itin hətta ayaq basdığı torpaq da mənim üçün müqəddəsdir.
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз