Nikolay Pavlenko

Книжки

Цитати

b4354837047цитує2 роки тому
Pyotr məktublarında “dəstəyə” mənsub şəxslərə təklifsiz müraciət edirdi, həm də bu təklifsizliyin ünvan sahibi ilə yaxınlıq dərəcəsini əks etdirirdi.
b4354837047цитує2 роки тому
XVII yüzillikdə Rusiya geridə qalmış bir ölkə idi. Bu geriliyin kökləri monqol-tatar əsarəti dövrünə gedib çığır. Qərbi Avropanın qabaqcıl ölkələrindən asılılıq XVII əsrin əvvəllərində, təsərrüfat sarıdan daha çox inkişaf etmiş rayonlar Polşa-İsveç müdaxiləçiləri tərəfindən viran edildiyi bir vaxtda daha da artmışdı. Yaraları sağaltmaq işğalçıların vurduqları zərəri ləğv etmək ü
b4354837047цитує2 роки тому
Rusiyanın Baltik dənizinə çıxmaq uğrunda mübarizəsi üçün Avropada əlverişli şərait yaranmışdı. Avropanın ən qüdrətli dövlətləri əvvəlcə müharibəyə hazırlıq görürdülər, sonra isə uzun çəkən silahlı münaqişəyə başlayırdılar. İspan varisliyi uğrunda müharibəyə (1701-1714) İspaniyanın sonsuz kralı II Karlın ölümü səbəb oldu. İspaniya taxt-tacının avropadakı və onun hüdudlarından kənardakı ucsuz-bucaqsız torpaqlarını bölüşdürmək üçün Fransa və onun əleyhinə çıxan koalisiya – feodal-mütləqiyyətçi Avstriyadan və qüdrətli dəniz dövlətləri İngiltərədən və Hollandiyadan ibarət koalisiya mübarizəyə başladılar. İspan varisliyi uğrunda başlanmış mübarizə vuruşan tərəflərin qüvvələrini Avropanın şimal-şərqindəki münaqişədən yayındırırdı.
Beləliklə, Şimal ittifaqı yaradılmışdı, indi isə İstanbuldan səbirli xoş xəbərlər gözləmək qalırdı. Hələlik, 1699-cu ilin axırında Pyotr daha iki yeniliyi həyata keçirdi: 19 və 20 dekabr tarixli fərmanlara görə, illərin hesabı dünyanın yarandığı gündən deyil, İsa peyğəmbərin doğulduğu gündən aparılacaq, yeni il isə sentyabrın 1-dən yox, yanvarın 1-dən başlanacaqdı, yəni vaxt Avropanın bir çox ölkələrində hesablandığı qayda ilə hesablanacaqdı. Yanvarın 1-i günündə illərin köhnə hesabı ilə 7208-ci ilin dörd ayı tamam olmuşdu, illərin yeni hesabı ilə 1700-cü il başlanmışdı.
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз