az
Osho

Tale, azadlıq və ruh. Həyatın mənası nədir?

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
  • b4266276605цитує7 років тому
    Heç vaxt təqlidçi olma, hər zaman orijinal ol. Nəyinsə surətinə çevrilmə. Təəssüf ki, bütün dünya buna doğru gedir – hər şey bir-birinə bənzəyir.
    Əgər orijinalsansa, həyat həqiqətən də bir rəqsdir – və sənin həyat yolun özün kimi olmaqdır. Bir-birinin eynisi iki insan ola bilməz, yəni mənim həyat yolum heç vaxt sənin həyat yoluna çevrilə bilməz.
    Öz qəlbinin səsini dinlə – pıçıldayır. Ürək hər zaman sakit və alçaq səslə danışar, qışqırmaz.
    Budda Buddadır, Krişna Krişnadır və sən sənsən. Heç kimdən daha aşağı deyilsən. Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get.
    Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki
  • Vadil Sadıqovцитує8 років тому
    Öz qəlbinin səsini dinlə – pıçıldayır. Ürək hər zaman sakit və alçaq səslə danışar, qışqırmaz.
    Budda Buddadır, Krişna Krişnadır və sən sənsən. Heç kimdən daha aşağı deyilsən. Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get.
    Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
    Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
    Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır. Hətta tanrıya qarşı gəlmək ləyaqətin parçasıdır. Bəzən tanrıya qarşı gəlmək çox gözəl olur. İradəli olmağın yolu budur, yoxsa milyonlarla iradəsiz insan var, onlardan biri olardın.
  • b4266276605цитує7 років тому
    həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
    Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
    Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır.
  • Su zanbağı.цитує5 років тому
    Azadlığın mənası doğru və ya yanlışı seçə bilmə sərbəstliyidir. Sadəcə, doğrunu seçmə sərbəstliyi azadlıq deyil.
  • Su zanbağı.цитує5 років тому
    həyatın hədiyyə olduğunu düşünmə. O yaradılmalıdır. Və onu, sadəcə, azad şəkildə seçim edərək və öz yolunu seçərək yarada bilərsən. Bəli, səhv yola düşmək, səhvlər etmək ehtimalın var. Buna görə narahat olmağına dəyməz – səhvlər və yolundan çıxmaqlar, hamısı böyümənin parçasıdır. İnsan səhv edərək öyrənir, yoldan çıxmaqla düzgün yolu tapır, ona geri dönür.
  • Su zanbağı.цитує5 років тому
    Heç bir insan taleyindən qaça bilməz. Bura məhdudiyyətlərin dünyasıdır – bütün bunlara baxmayaraq sərhədsizliyi sınaqdan keçirənlər seçilmiş ­insanlardır”.
  • Su zanbağı.цитує5 років тому
    Səni dəyişdirən hər şey yaxşıdır. Səni böyüdən, genişləndirən, şüurunu inkişaf etdirən hər şey yaxşıdır. Səni dayandıran və hazırkı vəziyyətini qoruyan hər şey ölümcüldür, intihardır.
  • nmdkrmvцитує3 роки тому
    Sənə “bu doğrudur və bu yanlışdır” deyə söylənilənlərin hamısını unut. Həyat bu qədər sabit deyil. Bu günün həqiqətləri sabah səhv ola bilər. Bu an səhv olanlar, bir müddət sonra həqiqət ola bilər. Həyatı belə təsnif etmək olmaz. Onu “bu düzdür və bu səhvdir” deyə belə sadə şəkildə etiketləyə bilməzsən.
  • Sabina Aliverdyцитує4 роки тому
    İnsan bir axtarışdır, sual deyil, axtarış. Bir suala ağılla cavab verə bilərik, amma bir axtarış varoluşla həll olunmalıdır. Bu müəyyən suallara deyil, var oluşumuza cavab axtarmaqdır.
    Bu bir axtarışdır, çünki suallar başqaları haqqındadır. Axtarış isə insanın özü haqqındadır. İnsan özünü axtarır. O var olduğunu bilir, amma kim olduğunu bilmir. Buna görə də, hər insan doğulanda onun ən dərindəki özündə böyük bir sorğu-sual baş qaldırır. Biz bu sorğunu yatıra bilərik, onu yönləndirə, fərqli sorğularla dəyişə bilərik, amma onu öldürə bilmərik. Onu yox etməyin heç bir yolu yoxdur, çünki o, insan təbiətinə xas olan bir şeydir. İnsanın özünü axtarmağının fərqində olmasıyla əlaqədardır
  • Su zanbağı.цитує5 років тому
    Müəyyən bir hərəkət edirsən – bu sənin azadlığındır. Amma o zaman nəticələr sənin məsuliyyətin olacaq.
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз