bookmate game
az
Stiven Kovi

Yüksək effektli insanların 7 vərdişi

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
  • Anar Adilzadeцитує7 років тому
    Yadda saxlayın ki, bilib etməmək elə bilməmək deməkdir. Bacarmaq və etməmək elə bacarmamaq deməkdir.
  • Elmatdin Shirvanovцитує6 років тому
    “Fikir səpərsən – hərəkət biçərsən, hərəkət səpərsən – vərdiş biçərsən, vərdiş səpərsən – xarakter biçərsən, xarakter səpərsən – tale biçərsən”.
  • asdfцитує8 років тому
    Heç ona da əmin deyiləm ki, öz-özümü başa düşürəm, ya yox, üstəlik, mənim üçün məhz nəyin əhəmiyyətli olduğunu da bilmirəm.
  • Fazail Zakariyyaцитує5 років тому
    Bir bazar gününün səhəri Nyu-York metrosunda başıma gələn kiçik bir paradiqma dəyişimini xatırlayıram. Yerlərində sakitcə oturan sərnişinlərdən kimisi qəzet oxuyurdu, kimisi fikrə dalmış, kimisi də gözlərini yumub mürgüləyirdi. Hər tərəfdə sakitlik idi.

    Birdən vaqona bir kişi girdi, yanında da uşaqları. Uşaqlar qışqırır, ədəbsiz hərəkətlər edirdilər. Bir anda vaqondakı səhər əhvali-ruhiyyəsi korlandı.

    Kişi lap yanımda oturdu, gözlərini də yumdu. Baş verənləri açıq-aşkar görməzliyə vurdu. Uşaqlar çığırışır, oyana-buyana dartınır, əllərindəkiləri tullayır, hətta sərnişinlərin əlindəki qəzetə əl atırdılar. Biabırçılıq idi. Amma böyrümdə oturan kişi heç bunlara məhəl qoymurdu.

    Hirs məni boğurdu. İnana bilmirdim – adam nə qədər hissiz-duyğusuz olmalıdır ki, belə şeyə məhəl qoymasın, özünü elə aparsın ki, guya heç nə baş vermir. Sərnişinlərin hamısı, demək olar ki, qəzəbli idi. Nəhayət, kişiyə tərəf dönüb, özümə də qəribə gələn təmkinlə və sakitcə dedim:

    – Ser, gömürsünüzmü, sizin uşaqlar bu qədər adamı narahat edir. Olmazmı, onları sakitləşdirəsiniz?

    Kişi mənə elə baxdı ki, elə bil indicə yuxudan durub, nə baş verdiyini bilmir. Sakitcə dedi:

    – Hə, doğrudan a... Düz deyirsiniz, nəsə etmək lazımdır... Biz xəstəxanadan gəlirik, bir az bundan qabaq orada uşaqların anası vəfat etdi, mənim fikirlərim çox qarışıqdır, onlar da yəqin buna görə özlərində deyillər...

    Təsəvvür edirsiniz, o anda mən nələr hiss etdim? Mənim paradiqmam dəyişdi. Birdən mən hər şeyə ayrı cür baxdım, başqa cür fikirləşməyə başladım, başqa cür hiss etməyə, özümü başqa cür aparmağa başladım. Qəzəbim dağıldı getdi. İndi bu insana qarşı münasibətim, hərəkətim haqqında düşünməyə ehtiyac yox idi. Qəlbim bu adama rəğbətlə doldu. Dərdinə şərik olmaq, ağrısını bölüşmək keçdi ürəyimdən.

    – İndicə arvadınız ölüb? Allah xatirinə, bağışlayın. Necə olub bu? Nə kömək edə bilərəm?

    Bir anda hər şey dəyişdi.
  • Terane Musayevaцитує5 років тому
    Hər bir kəs baş verənlərin həqiqətdə onun gördüyü kimi olduğunu hesab edir, bu mənada özünü obyektiv sayır. Amma məsələ heç də belə deyil. Biz dünyanı olduğu kimi görmürük, onu özümüz kimi, ya da görmək istədiyimiz kimi görürük. Görmək istədiyimizi təsvir etmək üçün ağzımızı açanda biz əslində özümüzü, öz təsəvvürlərimizi, öz paradiqmalarımızı təsvir edirik. Birinin fikri bizim fikrimizdən fərqlidirsə, o saat məhz onun fikrini yanlış hesab edirik.
  • Firuzцитує8 років тому
    “Siz qulağıma elə qışqırırsınız ki, mən nə dediyinizi eşitmirəm
  • asdfцитує8 років тому
    Bizim mahiyyətimiz təkrar-təkrar etdiyimiz
    hərəkətlərdədir. Ona görə də mükəmməllik
    hərəkət deyil, vərdişdir.
  • asi valiyevaцитує4 роки тому
    Sizin münasibətiniz sizin mövqeyinizi müəyyən edir”, “Gülümsəmək qaşqabaq tökməkdən daha çox dost qazandırır” və “İnsan dərk etdiyini və inandığını əldə edə bilər”
  • b8468989854цитує5 років тому
    Qəlbinizi yaxşı-yaxşı axtarın, həyat çayları ordan başlayır”.
  • Nurlan Süleymanovцитує7 років тому
    Biz, əlbəttə, özümüzü nəcib və alicənab göstərməyə, başqasının uğuruna sevinməyə çalışırıq, amma qəlbimizdə bizdən daha yaxşı nəticə əldə edənlərə həsəd aparırıq
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз