az
Albert Kamü

Çöküş. Roman

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
“Çöküş” böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamünün çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, “Çöküş” Kamünün ən anlaşıqlı və ən gözəl romanıdır.
“Çöküş” romanını Kamünün şah əsəri olan “Yabançı”nın davamı kimi də oxumaq mümkündür. “Çöküş”də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam — keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq… kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu — XX əsrin, insan həyatının ən böyük qüsurudur.
Ця книжка зараз недоступна
117 паперових сторінок
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Ulviyya Monsumovaділиться враженням3 роки тому
    👍Раджу

    Kim inana bilərdi ki, cinayət, sən demə, təkcə bu qədər insanı qətlə yetirmək yox, bunlara şahid olub ölməməkdir.

  • Fexri Hacizadeділиться враженням4 роки тому
    👍Раджу
    💡Пізнавальна

    Sadə dildə yazılmış və ya təhkiyə şəklində nəql edilən romani xoşlayanlar üçün sixici ola bilər.Şüur axini adlandirdiği formada yazilan roman həcmcə kiçik olsa da məna yükü baxımdan böyük əsərdir.Son cümlələri oxuyunca yarıda buraxılmadığına dəydiyini bilmək olur.

Цитати

  • Aytac Nazцитує8 років тому
    insan haqqında çox düşündüyümüz zaman az qala meymunlara həsəd aparıram. Hər halda, onların gizli niyyətləri olmur
  • Elmin Seyfəddinliцитує8 років тому
    Deməzdim ki, heç zaman sevməmişəm. Yox, ömrümdə cəmi bircə dəfə dəhşətli sevgiyə düçar oldum — onda da özümü sevdim, dəlicəsinə.
  • Raul Amirovцитує6 років тому
    İnsanın xisləti belədir; əziz dostum, iki sifəti var onun: özünü sevməsə, heç kəsi sevə bilmir.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз