bookmate game
az
Aşıq Ələsgər

“Can” deməklə candan can əskik olmaz

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
  • b8234558246цитує8 років тому
    Bu dünyada üç şey başa bəladı;
    Yaman oğul, yaman arvad, yaman at.
    İstəyirsən qurtarasan əlindən,
    Birin boşla, birin boşa, birin sat
  • b8234558246цитує8 років тому
    Tovuz kimi şux bəzənib durubsan,
    Ala gözə siyah sürmə vurubsan.
    Sağ ol səni, yaxşı dövran qurubsan,
    Bu dünyanın sonu puçdu, Güləndam
  • Elməddin abışovцитує3 роки тому
    ***
    Şəriət oxuyan, təriqət bilən,
    Haqlıq eyləyirsən, haqq dinə bax-bax!
    Qalmayıb dünyada “mənəm” deyənlər,
    Həzrət Süleymanın taxtına bax-bax!

    Oxuduğun Quran hardadı, hanı?!
    Hansı yola dəvət edir insanı?!
    Salıbsan zindana gözəl bir canı,
    İqbalına bax, bax, baxtına bax, bax!

    Ələsgərin könlü geyib qaralar,
    Şəfa bulmur qəlbindəki yaralar.
    Qoca səfa sürər, gözəl saralar,
    Tarixinə bax, bax, vaxtına bax, bax
  • b8234558246цитує8 років тому
    Bivəfanın, müxənnəsin, nakəsin
    Doğru sözün, düz ilqarın görmədim.
    Namərdin dünyada çox çəkdim bəhsin,
    Namusun, qeyrətin, arın görmədim.

    Yetəni özümə mən dost eylədim,
    Yolunda canıma çox qəsd eylədim.
    Söyüddən bağ saldım, peyvəst eylədim,
    Almasın, heyvasın, narın görmədim
  • b8234558246цитує8 років тому
    Həsrət qoyma gözü-gözə, amandı!
    Yandı bağrım, döndü közə, amandı!
    Keçən sözü çəkmə üzə, amandı!
    Hədyan danışmışam, laf eyləmişəm
  • b8234558246цитує8 років тому
    Bir bəlaya düşdüm, candan usandım,
    Heç kəsə demədim, ürəkdən yandım.
    Bir təmiz ad ilə ellər dolandım,
    Nə “çor” deyən oldu, nə “qələt eylə”
  • askerabbasliцитує4 роки тому
    Geyibdir qəddinə yar alacanı,
    At müjgan oxunu, yarala canı.
    İstər Ələsgərdən yar ala canı,
    Tökəndə zülflərin a yana, yana.
  • askerabbasliцитує4 роки тому
    Yaxşı tanı, dağıtmaynan huşunu,
    Dostun oğraşısan, qandım işini,
    Badkeş bənd eləmə, çək qəmişini,
    Nəzmə cəzm eyləmə şeytan felini!
  • askerabbasliцитує4 роки тому
    Arif olan, gəlin sizə söyləyim,
    İyid sözü mərd-mərdana yaxşıdı.
    Kişi gərək dediyindən dönməsin,
    Biilqardan bir zənana yaxşıdı.
  • askerabbasliцитує4 роки тому
    Tutu dilli, sərv boylu Salatın,
    Yoxmu mərhəməti bu səltənətin?!
    Göndər gəlsin Ələsgərin xələtin,
    Eyləmə əməyin zay, sarı köynək!
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз