bookmate game
az
Zbiqnev Bjezinski

Böyük şahmat taxtası

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
  • Misir Məmmədliцитує8 років тому
    Geosiyasi planda münaqişə əsas etibarilə Avrasiyanın özünün periferiyasında cərəyan edirdi. Çin-Sovet bloku Avrasiyanın böyük hissəsində hökmranlıq etsə də, onun periferiyasına nəzarət etmirdi. Şimali Amerika möhtəşəm kontinentin həm ən Qərb, həm də ən Şərq sahillərində möhkəmlənməyə müvəffəq oldu
  • Misir Məmmədliцитує8 років тому
    Siyasi həyat qabiliyyəti, ideoloji çeviklik, iqtisadiyyatın dinamikliyi və mədəniyyətin cəlbediciliyi həlledici faktorlar oldu.
  • Misir Məmmədliцитує8 років тому
    Və heç Avropanın öz ərazisində belə həlledici hökmranlığa nail ola bilməyən, lakin dünya miqyasında hegemonluğa can atan imperiya səciyyəli avropalı iddiaçılardan fərqli olaraq, bu rəqiblərin hər biri nəzarət etdikləri məkan daxilində aşkar hökmranlıq edirdi; hər biri vassalları və özündən asılı dövlətlər üzərində fərdi hakimiyyətini möhkəmləndirmək üçün öz ideologiyasından istifadə edirdi ki, bu da müəyyən mənada dini müharibələr dövrünü xatırladırdı.
    Öz aralarında yarışan doqmaların qlobal səciyyəli geosiyasi əhatəsindən və elan edilən universallığından yaranan kombinasiya aparılan rəqabətə tarixdə misli görünməmiş əzəmət veriridi.
  • Misir Məmmədliцитує8 років тому
    İqtisadi yüksəlişin belə diqqətəlayiq dinamikasına eksperimentləri və novatorluğu stimullaşdıran mədəniyyət şərait yaradırdı. Amerikanın siyasi institutları və azad bazar iqtisadiyyatı arxaik imtiyazlar və ya sosial ierarxiyanın sərt tələbləri ilə məhdudlaşdırılmayan, ambisiyalı və köhnə fikir qəliblərindən azad olan ixtiraçılara öz şəxsi niyyətlərini həyata keçirmək üçün misli olmayan imkanlar yaratmışdı. Qısası, xaricdən ən istedadlı insanları cəlb edən və onları sürətlə assimilyasiya edən milli mədəniyyət iqtisadi yüksəlişə unikal əlverişli şərait yaradır, milli qüdrətin ekspansiyasını yüngülləşdirirdi
  • Misir Məmmədliцитує8 років тому
    Hegemonluq elə dünyanın özü kimi qədimdir. Lakin Amerikanın dünya üzərində üstünlüyü özünün təşəkkül tapma sürəti, qlobal miqyası və həyata keçirilmə üsulları ilə fərqlənir
  • Misir Məmmədliцитує8 років тому
    Bu şəxslərin hər biri dərk edirdi ki, Amerikanın qüdrətinin Avrasiyaya inyeksiyası onların dünya üzərində hökmranlıq ambisiyalarına son qoya bilər. Onların hər biri bu nöqteyi-nəzəri bölüşürdü ki, Avrasiya dünyanın mərkəzidir və kim ona nəzarət edirsə, o, bütün dünya üzərində nəzarəti həyata keçirir. Üstündən yarım əsr keçəndən sonra sual başqa cür ifadə edildi: Amerikanın Avrasiyada üstünlüyü davam edəcəkmi və bundan hansı məqsədlərlə istifadə oluna bilər?
  • Misir Məmmədliцитує8 років тому
    Bundan belə nəticə hasil olur ki, Amerika xarici siyasətdə qüdrətin ifadəsi olan ən müasir istiqamətlərin (texnologiyalar, kommunikasiyalar, informasiya sistemləri, eləcə də ticarət və maliyyə) inkişafını təmin etməklə yanaşı, geosiyasi aspekti izləməkdə davam etməli və öz təsirini Avrasiyaya elə formada göstərməlidir ki, burada Birləşmış Ştatların siyasi arbitr qismində çıxış etdiyi sabit siyası tarazlıq yaradılmış olsun.
    Deməli, Avrasiya – dünyaya hökmranlıq uğrunda mübarizənin davam etdiyi “şahmat taxtasıdır” və belə mübarizə geostrategiya – geosiyasi maraqların strateji cəhətdən idarə olunması məsələsinə toxunur
  • Misir Məmmədliцитує8 років тому
    Özündən əvvəl mövcud olan bir çox imperiyalar kimi, Sovet İttifaqı son nəticədə bilavasitə hərbi məğlubiyyətdən daha çox, iqtisadi və sosial problemlərlə sürətləndirilən dezinteqrasiya prosesinin qurbanı olaraq daxildən partladı və hissələrə çilikləndi. SSRİ-nin taleyi bir alimin bu haqda sərrast fikrinin təsdiqi oldu:
    “İmperiyalar əsas etibarilə qeyri-sabitdirlər, çünki ona tabe olan elementlər demək olar ki, həmişə daha yüksək muxtariyyətə üstünlük verirlər və belə elementlərin kontrelitaları fürsət düşəndə daha çox muxtariyyət əldə etmək istiqamətində addımlar atırlar. Bu mənada imperiyalar dağılmırlar; belə demək daha doğru olardı ki, onlar hissələrə sökülürlər və bu, adətən, cox yavaş-yavaş, hərçənd bəzən qeyri-adi sürətlə də baş verir
  • Misir Məmmədliцитує8 років тому
    Rusiya isə əksinə, Mərkəzi Avropadakı vassallarının əksəriyyətində mədəni cəhətdən nifrət oyadır və bundan da artıq nifrəti özünün əsas və getdikcə daha çox ipə-sapa yatmayan Şərqdəki müttəfiqi – Çin tərəfdən qazanırdı. Rus hökmranlığı Mərkəzi Avropanın nümayəndələri üçün onların fəlsəfi və mədəni cəhətdən öz evləri hesab etdikləri mühitdən – Qərbi Avropadan və onun xristianlıqla bağlı dini ənənələrindən təcrid olunmaq demək idi; daha pis olanı o idi ki, bu, Mərkəzi Avropa əhalisinin, bir çox hallarda ədalətsiz olaraq, mədəni inkişaf cəhətdən özündən aşağı hesab etdiyi xalqın hökmranlığı demək idi.
  • Misir Məmmədliцитує8 років тому
    Mədəniyyətlə bağlı təzahürlər də son nəticəyə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Amerikanın rəhbərlik etdiyi koalisiya daxilində böyük əksəriyyət ABŞ-ın siyasi və sosial mədəniyyətinin əksər atributlarını müsbət hal kimi qəbul edirdi. Birləşmiş Ştatların Avrasiya kontinentinin Qərb və Şərq periferiyalarında iki ən mühüm müttəfiqi olan Almaniya və Yaponiya öz iqtisadiyyatlarını Amerikadan gələn hər şeyə demək olar cilovlanmayan məftunluq kontekstində bərpa etmişdilər. Amerika geniş miqyasda gələcəyin təmsilçisi, heyran və nümunə olmağa layiq cəmiyyət kimi qəbul olunurdu.
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз