bookmate game
az
Mühitdin Birgen

İttihad və Tərəqqidə on il

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
  • Muradovцитує7 років тому
    Yaşa, yaşa!
    Mustafa Kamal Paşa!
  • Muradovцитує7 років тому
    – Doğrusunu bilmək istəsəniz, Azərbaycanın əlindəki qüvvələrlə özünü şimaldan gələn inqilab təhlükəsindən qoruyacağına əmin deyilik. Amma düşünürük ki, ixtiyarımızdakı əsgər, polis və jandarma qüvvələri onlara komanda verənlərin təbliğatına uyub əks tərəfə keçməsəydi, heç olmasa müəyyən mübarizə aparar, ən azı vətəni müdafiə etmək zövqünü yaşayardıq. O biri tərəfdən, məmləkəti belə qəfil və gözlənilmədən tərk etmək məcburiyyəti ilə qarşılaşıb bu qədər dəhşətli peşmançılığa uğramazdıq.
  • Muradovцитує7 років тому
    Xəlil Paşa özü isə inqilab ordusunun komandanı kimi Azərbaycana girib oradan da Anadolunun yardımına qoşmaq niyyəti ilə Dərbəndə yollandıqdan sonra bir daha geri dönməmişdi. Bolşevik inqilabı tipli inqilablar xüsusən başlanğıc mərhələdə çox qısqanc, vəsvəsəli və vahiməli olurlar. Məhz bu mənada bolşevik inqilabçıları Azərbaycanı bir güllə də atmadan onlara təslim edənlərə münasibətdə azacıq da hörmət və etimad göstərmədi. Hətta Xəlil Paşanın özünü “hörmətlə” Moskvaya aparmış, orada əziz dost kimi göz qabağında “mühafizə” etməyə başlamışdılar. Çünki inqilab onun kimi boş-boşuna siyasət oyunları oynayan, müəyyən ictimai əqidəsi olmadığına görə çətinlik çəkmədən, tərəddüd etmədən bu gün bir, sabah başqa fikrə düşənlərə özünün kifayət qədər sərt üzünü göstərirdi. Əslində bu münasibətdə haqsızlıq axtarmağa da lüzum yoxdur. Çünki həmin məsələdə nə qədər haqlı olduqları bir müddət sonra Ənvər Paşanın timsalında da sübuta ­yetmişdi.
  • Muradovцитує7 років тому
    Nəticədə həmin ordu heç bir müqavimətlə üzləşmədən Bakı üzərinə yürüdü. Sovet qüvvələrinin Azərbaycana doğru hərəkəti sırasında Bakıda türk zabitlərinin komandası altında olan polis, jandarma və əsgəri qüvvələr qırmızı inqilab lehinə və Müsavat hökumətinin əleyhinə üsyana qalxdılar40. ­
  • Muradovцитує7 років тому
    Belə deyirdilər və bir ucdan da daşıyıb kupeni doldururdular. Bu Azərilər çox qeyri-adi insanlardı. Deməli, türkə hörmət etmək lazımdır! Bildikləri yeganə şey yalnız bu idi. Hamısı bir anda şəhərə dağılışmış, o dar, çətin zamanda əllərinə nə keçmişdisə alıb gətirmişdilər.
  • Muradovцитує7 років тому
    Məhz bu səbəbdən də bir cəbhədə əldən verdiyi qələbəni başqa cəbhədə qazanmaq sevdasına düşən Ənvər Paşa İstanbulu tərk edib Krıma ayaq basan kimi ilk növbədə Qafqaza keçməyi və Azərbaycanı ələ almağı fikirləşmişdi. Bu məqsədlə iki dəfə açıq dənizə çıxmağa təşəbbüs göstərsə də, heç birində istəyinə nail ­olmamışdı.
  • Muradovцитує7 років тому
    – Bilirsən, biz türklər ruslardan söz düşəndə deyirik: üç rusun ağlını toplasan bir cuhud ağlına bərabər olur, üç cuhudun ağlını bir yerə toplayanda isə bir qafqazlı ağlı alınır. Üç qafqazlının ağlını bir yerə yığsan bir türkün ağlına bərabər olar. İndi bu Mustafa Kamal Paşada üç türkün ağlı var.
  • Muradovцитує7 років тому
    Şiə, yaxud sünni məzhəbə bağlılıqlarından asılı olmayaraq Azərilər hamısı türkdürlər. Həm də bütün kökləri və varlıqları ilə tamamən xalis və inanclı bir türk!
  • Muradovцитує7 років тому
    Ənvər Paşanın əmisi Xəlil Paşa (Kut) komandası altındakı Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakıya girmişdi. Buradakı anbarlarda yüz milyonlarla ton neft aşkara çıxarılmışdı. “Tanrının lütfü kimi əlimizə düşən bu qaynaq bütün maddi sıxıntılarımızı aradan qaldıracaq”-deyə Xəlil Paşa yazırdı. Lakin türk qüvvələrin Bakıda olması uzun çəkməmiş, Mundros müqaviləsi imzalanması ilə ölkəni tərk etməyə məcbur qalmışdılar. (Z.A.)
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз