bookmate game
Sergey Dovlatov

Əcnəbi qadın

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
“Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb.
Əsərin qəhrəmanı Marusya Sovet ittifaqında Kommunist Partiy asına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sa dəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.
Əsərdə Marusyanın timsalında sovetlərdən gedən mü hacir -lə rin həyatı təsvir olunur.
“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.
Tərcümə edərkən müəllifin üslubu qorunub.
Sovet mühacir-yazıçılarının “üçüncü” dalğasının nü ma yəndə si, adı Azərbaycan oxucularına az-çox tanış olan Sergey Dovlatov 1941-ci ildə, ailəsinin evakuasiya edildiyi Ufada doğulub. Son ralar yenidən Leninqrada qayıdıb. Filologiya fakültəsini bitirib. İlk hekayələrini yazan gündən “dissident” sayılıb. Sovet ədəbiyy at jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb. İlk kitabının yığımı DTK-nın sərəncamı ilə məhv edilib. Çörək pulunu jurnalistikadan “çıxarıb”.
1976-cı ildə bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə SSRİ Jurnalistlər İttifaqından xaric edilib.
1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. NyuYorkda yaşayıb, ilk vaxtlar qalmaqallı “Yeni amerikalı” qəzetini buraxıb. Səksəninci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşa bilib, hekayələri dəfələrlə “mötəbər və nüfuzlu” “New Uorker” jurnalında çap olunub. Onu da deyək ki, rus yazıçılarından heç biri heç vaxt bu jurnala “yaxın buraxılmayıb”. Dovlatov istisna təşkil edir.
1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib.
On iki illik mühacir həyatı ərzində Dovlatovun ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu “samizdat”a və radiodakı verilişlərinə əsasən tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları nəşr edilib, “Seçilmiş əsərlər”i buraxılıb.
Biz, Azərbaycan oxucularını S.Dovlatovun hansı əsəri ilə tanış etmək barəsində düşünərkən müəyyən tərəddüddən sonra onun “Əcnəbi qadın” romanını seçdik.
Bu vaxta qədər onun Azərbaycan dilində yalnız bir neçə
hekayəsi Natiq Səfərov tərəfindən tərcümə olunub.
Ця книжка зараз недоступна
103 паперові сторінки
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Lacivərd Məmmədovaділиться враженням7 років тому
    👍Раджу
    🚀Неможливо відірватися

    Dovlatovdur da) Məncə, bu adam saatlarla danışsa, dinləyərəm. Niyə Slava Se'ni bəyəndiyimi də anladım. Mən maraqlı söhbətlərin həvəskarı imişəm :)

  • Nunu Mammedzadeділиться враженням5 років тому
    🌴У відпустку

    Kimi tanıyıramsa,içimdə yaşayır.Onlar-mənim əsəbim,qəzəbim,lovğalığım,laqeydliyimdir.Və s.

  • Gunel Najafovaділиться враженням4 роки тому
    🌴У відпустку

    Pis deyil ) birnefese oxunur, kitabin evveli bir az xaotikdi, basha dushmedim kim kimdi, sonunda da hamisini unutmusdum, Rafayla Marusyadan bashga )

Цитати

  • Faguma Ismayilovaцитує4 роки тому
    Kasıblar bütün hallarda ziyana düşürlər. Kasıbları həmişə cərimə edirlər, hətta itləri nəzərdə tutulmayan yeri batıranda da. Əgər kasıbın qəpik pulu cibindən düşsə, hökmən lükə töküləcək.

    Varlılarda isə hər şey əksinədir. Onlar köhnə pencəklərinin cibindən pul tapırlar. Lotereya udurlar. Çox az tanıdıqları qohumlarından bağ evi miras olur. Onların iti sərgilərdə pul mükafatı qazanır.
  • Lacivərd Məmmədovaцитує7 років тому
    Evdə (vətəndə) azadlıq yox idi, əvəzində oxucu vardı. Burada isə azadlıq var, lakin oxucu yoxdur.
  • Lacivərd Məmmədovaцитує7 років тому
    Ümumiyyətlə, mən inanıram ki, yoxsulluq və zənginlik — anadangəlmə keyfiyyətdir. Məsələn, saçın rəngi, yaxud musiqi duyumu kimi. Biri yoxsul, o biri zəngin doğulur. Burada pulun heç də günahı yoxdur.
    Pulla da yoxsul olmaq mümkündür. Və — eləcə də — qəpiyi olmayan prins də.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз