Misalçün, o vaxtlar Sezar Avqusta belə deyərdilər: “Mən səni sevirəm, səndən umuram, səni alqışlayıram”; deyilənə görə, kimsə Sezara “möhtərəm cənab” deyəndə o, əməlli-başlı özündən çıxırmış. Ancaq çox-çox sonradan insanlar bir-birinə “sən” demək yerinə, “siz” deməyə başladılar, elə bil çağırdıqları adamın altında ondan başqaları da varmış, sonra da başladılar yekəbaşlıqla özlərinə “ali həzrətləri”, “zati-aliləri”, “həşəmətli cənabınız” kimi titullar uydurmağa