Oskar Uayld

Dorian Qreyin portreti

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
“Dorian Qreyin portreti” yayımlandığında Uayldın bu kitabıyla günah çıxartdığı şərhində olanlar olmuşdur. Həqiqətən də kitab homoseksualizm motivləri daşıyır. Rəssam Bazil Holvardın Doriana duyduğu ehtiras, hər nə qədər saf eşq şəklində işlənmiş, cinsəlliklə əlaqədar heç bir motiv istifadə edilməmişsə də burada bir kişinin bir digər kişiyə duyduğu eşq söz mövzusudur. Hətta Lord Henrinin Doriana olan marağı üçün də belə şərh edilə bilər. Ancaq romanın ehtiva etdiyi cinsi motivlər, ya da Oskar Uayldın həyatının nə qədərini əks etdirdiyi bir yana, əslində əsər romantik ədəbiyyatın və sonralar alman ekspressionist kinosunun sıx olaraq işlətdiyi mövzulara yer verir: İki şəxsiyyətli olma vəziyyəti, ya da ikili həyat sürmə vəziyyəti, ruhunu şeytana satma, tale ilə bazarlıq etmə kimi. Burada hər nə qədər romantiklər qədər olmasa da Uayldın insan var oluşu üzərində öz estetik düşüncələrinə əsaslanaraq bəzi görüşlər irəli sürməsi söz mövzusudur. Digər tərəfdən əsər Uayldın sənət üzərində düşüncələrinin bir manifesti xüsusiyyətindədir.
Ця книжка зараз недоступна
302 паперові сторінки
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • günelділиться враженням7 років тому
    👍Раджу
    🔮Мудра
    🎯Корисна

    Hədisə sadəcə Dorianın yerinə yaşlanan portretdən ibarət deyilmiş. Qeyri adi əhvalatdı və dərin fəlsəfəsi var. Bəzi yerlərdə oxumaq ağır gələ bilər.

  • M.Vəlizadəділиться враженням6 років тому
    👍Раджу
    🚀Неможливо відірватися

    Çox möhtəşəm əsərdir. Oxuyarkən hiss etdiklərimi sözlə ifadə etmək çətindir. Nə qədər fərqli fikirlər vardı əsərdə. Ən çox Lord Henrinin dedikləri marağımı çəkdi. Maraqlısı da budur ki,onun fikir olaraq bəyəndiyim düşüncələrinin bir çoxuyla razılaşmıram. Amma çox bəyəndim və hər kəsə məsləhət görərdim ki,oxusunlar.

  • Rusisho Murazakiділиться враженням7 років тому
    💤Нудна

    Darıxdırıcı. Müəllif hər şeydə öz fəlsəfəsini oxucuya sırıyır.

Цитати

  • M.Vəlizadəцитує6 років тому
    keçmişin bütün gözəlliyi ondadır ki, o, keçmişdir!
  • M.Vəlizadəцитує6 років тому
    Deyirlər, kasıblıq sürünə-sürünə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır.
  • Mir Aliцитує8 років тому
    Bu dünyadan həmişə axmaqlar və eybəcərlər fayda götürürlər.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз