bookmate game
az
Alber Kamyu

Yad

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Nobel ödüllü yazar (1957-ci il) Alber Kamyu 1913-cü ildə Əlcəzairin Mondovi şəhərində, muzdlu fəhlə ailəsində anadan olub. “Vəba” və “Süqut” romanları, “Yad” povesti, “Kaliqula”, “Anlaşılmazlıq”, “Mühasirə vəziyyəti”, “Ədalətlilər” pyesləri Alber Kamyuya dünya şöhrəti qazandırıb. Böyük yazıçı 1960-cı ildə avtomobil qəzasında həlak olub. Sovet məkanında A.Kamyunun yaradıcılığı ilə ilk dəfə olaraq 1960-cı illərdə tanış olmağa başlanılıb. Bu kitab Kamyunun Azərbaycan dilində çıxan ilk kitabıdır.
Ця книжка зараз недоступна
94 паперові сторінки
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Emil Azizovділиться враженням6 років тому

    - Alber Kamü " Yad "

    1942-ci ildə Parisdə tamamladığı " Yad " ona dünya şöhrəti gətirmişdi. O, əsərdə insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psixoloji mexanizmini göstərməyə çalışmışdı. Əsərdə onun həyata baxışı və düşüncələrini görmək daha rahatdır. Çünki, əsərin qəhramanı Cənab Merso hətta öz-özünə yadlaşıb, ölümünə qədər baş verən prosesləri kənardan izləyir. Kamü özü də bəzən uzun-uzun intiharı düşündüyünü, lakin, həyatın yaşamağa dəyər olduğunu vurğulayırdı. Qısa bir roman olmasına baxmayaraq, insanlara çox dərin təsir göstərən bir kitabdır. Laqeyd bir insanın, həyatına, qadınına, yaşamına, hətta anasına olan düşüncələri kitabda əks olunub. Mətn belə başlayır:

    “ Bu gün anam ölüb. Bəlkə dünən olub bu, xəbərim yoxdu. Qocalar evindən teleqram gəlmişdi: “Anan vəfat etdi. Dəfn sabahdır. Hüznlə başsağlığı veririk”. Bilmək olmaz. Bəlkə, deyirəm, dünən ölüb. " Anamı əlbəttə çox sevərdim; amma bu bir şey ifadə etmirdi. O, anasının cənazəsində kədərli olduğunu iddia etməyə çalışmır, sevdiyi qıza duyğularını yalançı hesab etmir və beləliklə cəmiyyət onu yad bir insan kimi görür və onu rədd edir. Yazıçının fikrincə vicdanlı olmaq istəyən bir insan həmişə cəmiyyət üçün kənarda durur. Müəllif onu tənqid etmir, ancaq oxucuya onun gözləri ilə dünyaya baxmağa təklif edir.

  • Fexri Hacizadeділиться враженням4 роки тому
    🔮Мудра
    🎯Корисна

    Düşünürəm ki,Alber Kamyu ədəbiyyata maraqlı olanlar,hətta digərləri üçün də oxunulmalı müəlliflərdəndir." Yad" və "Çöküş" əsərlərini müvafiq ardıcıllıqla oxumaq daha uyğun olardı.Eksiztensial cereyanin digər nümayəndələri kimi Alber Kamyu da şəxsiyyətin varlığının əsası kimi özünü müəyyənləşdirmə,öz mübarizəsini təsvir edir.Hardasa bəzən ümidsizlik kimi görünsə belə.

  • Orucov Orxanділиться враженням7 років тому
    💡Пізнавальна
    🎯Корисна

    Gözəl kitabdır. Oxumağa dəyər. Sonluğu belə gözləmirdim. Təsirlidir

Цитати

  • Mir Aliцитує8 років тому
    insan heç vaxt tamamilə bədbəxt olmur
  • Mir Aliцитує8 років тому
    it xəstə deyildi, sadəcə, qocalmışdı. Qocalığı isə müalicə edə bilməzsən.
  • Aytaanцитує7 років тому
    səhərlər yaxşıdır, dərd axşamın dərdidir

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз