az
Con Maksvell Kutzee

Gənclik

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
“Gənclik” romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun “Gənclik”ini xatırladır. Tolstoy da Kutzee kimi özünü ifşa edir.
Oxucu bu avtobioqrafik əsərdə, doğrudan da, gəncliyi tapır. Lakin bu romanda təsvir olunanlar bədii əsərlərdə əksini tapan ənənəvi sevinc dolu, nəşəli gənclikdən çox uzaqdır. Kutzeenin qələmə aldığı gənclik həqiqətə daha yaxındır. Romanın əsas qəhrəmanı — Conu narahat edən mövzular barədə bütün insanlar həyatlarında bir dəfə də olsa, düşünüblər, məsələn, doğulduğun yerdən qaçmaq arzusu, nəyi səhv etdiyi barədə bitib-tükənməz suallar, iki ali təhsilə rəğmən münasib iş tapa bilməyin nigaranlığı. Kutzee bu əsərində də son dərəcə amansızdır: o, heç nədən çəkinmədən “gəncliyin mübarizəsinin” real mənzərəsini yaradır. Baş qəhrəman öz yöndəmsizliyindən qurtulub cazibədar bir insana çevrilə bilmir, lakin Kutzee nə etməli olduqları barədə heç bir təsəvvürləri olmayan, həyatlarını ədəbiyyata həsr edən gənclərin tərəddüdlərini və qarşısında dayandıqları dilemmanı ustalıqla təsvir edə bilir.
Con Maksvell Kutzeenin «Gənclik» romanında 1959-cu ildən 1964-cü ilə qədər olan dövr və Kutzeenin Londondakı həyatından bəhs edilir. Bu əsər, nəhayət ki, oxucuya müəllif barədə məlumat verə, yazıçının özünü işıqlandırması hesab oluna bilərdi. Lakin «Gənclik»i «bədii nəsr əsəri» kimi təqdim etməklə Kutzee yenə də oxucunu çaşdırır.
Ця книжка зараз недоступна
172 паперові сторінки
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Sako N-ev sako.ділиться враженням7 років тому

    coxda maraqli deyildi

Цитати

  • Sako N-ev sako.цитує7 років тому
    Ekssentrik yox (ekssentrik görünüş – bir növ, fərqlənməkdir), sadəcə, qəribə.
  • Sako N-ev sako.цитує7 років тому
    Xoşbəxtlik heç nə öyrədə bilməz – o, öz-özünə deyir. – Bədbəxtlik isə insanı bərkidir, gələcəyə hazırlayır. Bədbəxtlik ruhun məktəbidir. Bədbəxtlik

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз