Cek London

Martin İden

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdü.
Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.
Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.
Ця книжка зараз недоступна
527 паперових сторінок
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Rüzgar Mövsümділиться враженням8 років тому

    Həyata baxışımı dəyişən kitablardan biri də Cek Londonun Martin İden romanıdır. Bu əsəri ilk dəfə 11 ci sinifdə oxumuşam. O vaxt əsər məni o qədər uzaqlara aparmışdı ki, kitabı oxuyub bitirməyə heyfim gəlirdi. İstəyirdim kitabdan aldığım ləzzət heç bitməsin. Ona görə də kitabı çalışırdım lap yavaş-yavaş oxuyum. Qəhrəmanla kövrəlirdim, sevinirdim.

    Roman 21 yaşlı kasıb işçi, matros Martin İdenin həyatındakı hadisələrdən bəhs edir. Müəllif romanda şəxsi azadlıq, həyatın cürbəcür çətinlikləriylə mübarizə, məqsədə çatmaq və s. vacib məqamları böyük məharətlə əks etdirib. Elə səhnələr var ki, adam onların təxəyyüldən yarandığına inanmır, sanki hər şey yanında canlı-canlı baş verir.

    Sonda əsərin qəhrəmanı Martin dünyanın çətinliklərinə sinə gərərək onları bir-bir dəf edir və bütün hədəflərinə çatır. Amma…

    Sonda qeyd etmək istərdim ki, hər bir Azərbaycan gənci özünü bu kitabda asanlıqla tapa bilər. Çünki, əsərdə ictimai qınaq və onunla kəskin mübarizə var. Fərdin savaşı var.

  • Kristina Salmanliділиться враженням8 років тому

    Menasi derin kitabdir. Ama bezen oxuyanda sixildim eyni temalar cox tekrarlandiqi ucun

  • RaNa Quliyevaділиться враженням3 роки тому

    - ürəyinizdən keçən ən böyük arzu nədir?
    Mariya təəccüblə ona baxdı.
    - Yani məhz indi ən çox istədiyiniz nədir?
    - Yeddi cüt ayaqqabı - uşaqlarım üçün.

Цитати

  • muradrustemцитує8 років тому
    Onların hamısı səyyar qarınqululardır, elə bir qarınqulu ki, ideya-bədii ehtiyacları molyusklarınkından irəli getməmişdir...
  • aygulцитує7 років тому
    O öz-özündən soruşurdu: “Günəşin şəfəqlərinə boyanmış dənizlərin lacivərdliyini sormuş kimi, ara-sıra tamamilə mavi görünən bu ala gözlərdə könül əks olunurmu?!”
  • aygulцитує7 років тому
    Martin dərindən, bütün varlığı ilə duyurdu ki, dünya gözəl, yaşamaq da, sevmək də gözəl nemətdir

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз