bookmate game
az
Maksim Qorki

Ana

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
  • Xuraman Musayevaцитує4 роки тому
    Minlərlə adam sizdən yaxşı yaşaya bildiyi halda, heyvan kimi yaşayır, hələ bir öyünür də: nə yaxşı yaşayıram! Ancaq bunun yaxşılığı harasındadır ki, bu gün adam işləyib qarnını doyuzdurdu, sabah da işləyib qarnını doyuzdurdu, bütün illəri belə işləyir, yeyir. Arada da oğul-uşaq törədib qabaqca bu uşaqlarla əylənir, sonra onların da çox yediyini görüb, acıqlanmağa başlayır, söyür: – a qarnı yırtılmışlar, tez böyüyün, işləmək lazımdır! Hələ öz övladını ev heyvanına döndərməyə çalışır, ancaq övlad da böyüyən kimi öz qarnı üçün işləməyə başlayır, elə bu cür də ömür keçir, dünya dolanır! Adam ona deyərlər ki, ağlı bağlayan zəncirləri qırsın. İndi siz də öz qüvvənizə görə bu işdən yapışmısınız.
  • Fexri Hacizadeцитує2 роки тому
    Cəza dəhşətli deyil, məhkəmə dəhşətlidir. Bunu sözlə deməyi bacarmıram...
  • Fexri Hacizadeцитує2 роки тому
    – Bu vəhşi həyatdan özün də vəhşiləşirsən!
  • Fexri Hacizadeцитує2 роки тому
    – Biz arvadların məhəbbəti pak deyil!.. Biz özümüzə lazım olanı sevirik.
  • Fexri Hacizadeцитує2 роки тому
    – Kim müdafiə eləsin? – deyə soruşdu.

    – Hamı!

    – Buna bax, ha! Yox, bu olan iş deyil.
  • b1454639165цитує4 роки тому
    Onlar alaqaranlıqda və soyuq havada palçıqlı küçə ilə fabrikin uca daş binalarına tərəf yeriyirdilər; palçıqlı yolu onlarla iri, dördkünc gözləri ilə işıqlandıran fabrik isə onları etinasız bir arxayınlıqla gözləyirdi. Ayaq altında palçıq fırçıldayırdı.
  • gulaneцитує4 роки тому
    Ölməsən, təzə sünbül içində dirilməzsən
  • Xuraman Musayevaцитує4 роки тому
    Həyat at deyil, onu qamçı ilə qova bilməzsən!
  • Xuraman Musayevaцитує4 роки тому
    Allah insanı yaradanda özü kimi yaradıbdır, ana, indi ki, insan Allaha oxşayır, Allah da gərək insana oxşasın. Biz isə, Allaha deyil, vəhşi heyvanlara oxşayırıq. Kilsədə bizə göstərilən Allah deyil, xortdandır... Allahı dəyişmək, təzələmək lazımdır, ana! Bizim ruhumuzu öldürmək üçün Allaha böhtan və iftira donu geyindiriblər, onun surətini eybəcər hala salıblar...
  • Xuraman Musayevaцитує4 роки тому
    Mən dediyim Allah, sən inandığın adil və mərhəmətli Allah deyil, mən dediyim Allah o Allahdır ki, onun adı ilə keşişlər bizi qorxutmağa, bütün xalqı bir neçə zalıma tabe eləməyə ­çalışırlar...
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз