Bir çay kənarında oturub onu dinləsək. Tərini silsə, dəmli bir çay istəyib danışmağa başlasa.
O adam bizim şəhərimizə də gəlsə.
Bütün kirlərimizdən təmizləsə bizi... Bizdən heç bir qarşılıq gözləməyən mübarək Elçiyə və dostlarına Rəhmandan danışsa. Heydəri Kərrarın döyüşlərini, Siddiqin geniş ürəyini, Xəttab oğlunun ədalətini və Zinnureynin utanma duyğusundan danışsa.
Qaçaraq gəlsə. Biz tükənmədən, ruhumuzu tükətmədən əvvəl gəlsə.