Stiven Kinq

Yaşıl Mil

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.

«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdır. «Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.
Ця книжка зараз недоступна
525 паперових сторінок
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Şəbnəmділиться враженням6 років тому
    👍Раджу
    🎯Корисна
    💧Зворушлива

    Filmini izlədikdən sonra kitabını əlinə almaq çox çətindir. Sizi bilmirəm, mən filmini izlədiyim əsərin kitabını oxuyarkən əziyyət çəkirəm. Digər kitablardan aldığım zövqü ala bilmirəm qətiyyən. Adam bir növ kor kimi olur. Fantaziyası kilidlənir. Bütün qəhrəmanlar, məkanlar yalnız filmdəki variantları ilə beynində canlanır. Özünə başqa variantlar yarada bilmirsən. Nə qədər istəsən də elə hey filmdəkilər gəlir ağlına.
    Filmini izləməmişdən əvvəl oxusaydım personajları özüm yarada bilərdim , görünüşlərini, xasiyyətlərini, baş verən hadisələri təsəvvürümdə istədiyim formada canlandıra bilərdim məsələn.Amma filmə baxdıqdan sonra(yeri gəlmişkən filmə baxanda çox təsirlənmişdim, çox möhtəşəm çəkilib) oxuduğum üçün bütün bu sadaladıqlarımdan da məhrum oldum. Hər səhnədə beynimdə filmdəki obrazlar canlandi.

    Filmdən kitaba keçişi qətiyyən bəyənmirəm. Heç tərsini də bəyənmirəm . İndiyə qədər elə bir əsər olmayıb ki, kitabını oxuduqdan sonra filminə baxım və onu bəyənim. Öz fantaziyamı qoyub, hansısa hollywood filminə üstünlük verməyəcəm ki ))
    Məsləhətli kitabdır, sadəcə oxuyun)
    P.s..kaş ki, əvvəl kitabını oxuyardım deyə təəssüf edirəm hələ də.

  • M.Vəlizadəділиться враженням6 років тому
    👍Раджу
    🚀Неможливо відірватися

    Əsər haqqında onu deyə bilərəm ki,əsasında çəkilmiş film də kitabın özü qədər maraqlıdır. Bəzən filmlər çəkirlər ki,kitabın bütün mövzusunu tam başqa səmtə dəyişir və ilkin mənasını itirir. Ancaq Yaşıl Mil filmi və kitabı favori olmağa doğurdan da layiqdir.

  • Cəfər M.ділиться враженням2 роки тому
    👍Раджу
    💧Зворушлива

    'Xaiş edirəm, məni qaranlıqda buraxma.
    Qaranlıqdan qorxuram"- John

Цитати

  • Gunduz Memmedovцитує8 років тому
    – Uetmor başa düşmür ki, onlar üzərində heç bir nüfuzu yoxdur, – Din dedi. – O başa düşmür ki, nə edir etsin, fərqi yoxdur, insanı bir dəfə öldürmək olar. Əgər sonları elektrik stulunda edam edilməkdirsə, onlar üçün bundan daha pisini etmək mümkün deyil. Bunu dərk etməyincə, o həm özü, həm də ətrafındakılar üçün təhlükəlidir
  • Ruslan Rüstəmzadəцитує4 роки тому
    Sizin bəziləriniz üçün bu gülməli, qalanlarınız üçün isə qəribə görünə bilər, lakin icazə verin sizə bir şeyi deyim, dostlar: qəribə məhəbbət, ümumiyyətlə, onun heç olmamasından daha yaxşıdır.
  • Mir Aliцитує8 років тому
    Zaman bütün yaraları sağaldır, siz bunu istəsəniz də, istəməsəniz də

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз