az
Viktor Hüqo

Paris Notr-Dam Kilsəsi

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris-Notr—
Dam kilsəsi”romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə
yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq
kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası,
insanların inam və ümidləri əks olunur. Əsərdə insanın azadfikirliyi
və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə
əlaqələndirilir. Orta əsrlərin sonlarından bəhs edən romanında Viktor
Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır. Əsərdə
dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı
şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə
— demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Yazıçı təsvir etdiyi
dövrün əlamətlərini romanın əsas qəhrəmanlarının — Esmeraldanın,
Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində
təcəssüm etdirmişdir.
Ця книжка зараз недоступна
620 паперових сторінок
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Şəbnəm Kurbanlıділиться враженням7 років тому
    👍Раджу
    👎Не раджу
    💤Нудна

    -Ağalar, -Kopenol mırıldanaraq dedi,-mən artıq dayanmaqdan yoruldum.Görəsən, burada bir kreslo yoxdur?
    Rim xəfifcə gülümsünərək"yox" işarəsiylə cavab verdi.
    Təbiətən qalın səsini alçaltmağa məcbur olduğundan heç də məmnun qalmayan Kopenol sözünə davam etdi:
    -İsaya and olsun, mən, az qalıram, öz emalatxanamda olduğu kimi bardaş qurub yerdə oturum.
    -Qətiyyən olmaz, cənab Jak.
    -Cənab Rim, əcaba, bu ölkədə yalnız ayaq üstə dayanmaq qaydadır?
    -Bəli, ya ayaq üstə, ya da ki diz üstə,-Rim cavab verdi.

  • Naila Evaділиться враженням5 років тому

    Qismət olarsa Parisə gedib bu kilsəni görmək istəyirdim ama heyif...

  • Fərxan Məmmədovділиться враженням4 роки тому

    Mükəmməl bi kitab. Bitirmədən yerə qoya bilmədiyim kitablardan biri

Цитати

  • b6997889179цитує5 років тому
    Viktor Hüqo gələcəyin keçmişin varisi olduğunu
  • Nigar Allahverdiyevaцитує8 років тому
    «Spira, Spera – Nəfəs al, ümid et»
  • Xuraman Memmedovaцитує5 років тому
    1648-ci ildə Parisdə məhkəmə binasını xarabaya çevirmiş yanğının üç cür: siyasi, meteoroloji və poetik izahları olsa da, bədbəxtlikdən, inkar olunması heç cür mümkün olmayan fakt – yanğının həqiqətən baş verməsidir. Həmin fəlakətdən sonra, xüsusilə də müxtəlif zamanlarda aparılan təmir nəticəsində yanğının rəhm etdiyi çox az yer bərpa olunmuş və Fransa krallarının bu qədim iqamətgahından indi çox az bir əsər qalmışdır; vaxtilə bu saray Luvr sarayının böyük qardaşı sayılırdı və kral Yaraşıqlı Filipin zamanında uzaq və qədim günlərin xatirəsi kimi yaşayırdı; onda kral Rober tərəfindən tikilmiş və Elqaldusun təsvir etdiyi həşəmətli binaların qalıqlarını axtarırdılar.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз