bookmate game
az
Alber Kamü

Taun

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
“Taun” romanı da Fransanın faşistlər tərəfindən işğal olunduğu dövrdə və bu işğalın təsiri altında yazılıb. Əsərdə insan fədakarlığı, başqalarını ölümdən qurtarmaq naminə öz həyatını təhlükə altında qoyan insanların fədakarlığı ilə eyni bəlaya laqeydliklə baxanların xudpəsəndliyi üz-üzə qoyulub. Taun xəstəliyi yayılmış, xarici aləmlə əlaqələri kəsilmiş bir şəhərdə müxtəlif təbəqə nümayəndələrinin iç üzü, mənəviyyatı açılır.
Alber Kamüyə yazıçı şöhrəti gətirən onun iki ilk romanı 1942-ci ildə yazılmış “Yad” və 1947-ci ildə nəşr olunmuş “Taun” romanı olub.
Müharibə illərində və müharibədən sonrakı ilk illərdə Kamü bir sıra dram əsərləri (“Kaliqula” — 1944, “Anlaşılmazlıq” — 1944, “Düzgünlər” — 1950), hekayə və məqalələr də yazıb. “Kaliqula” pyesində qədim imperatorun qəddarlıq və şıltaqlıqları, onu əhatə edənlərin mütilik və ikiüzlülüyü böyük yazıçı məharəti və sərt ifadələrlə təsvir olunub.
Ця книжка зараз недоступна
264 паперові сторінки
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Emil Azizovділиться враженням6 років тому

    - Alber Kamü " Taun "

    Bu yazıçıdan oxuduğum ilk romandır. Yazıçının fəlsəfi baxışlarını açan əsas əsərlərindən biridir. " Taun " müharibədən sonra 1947-ci ildə qələmə alınıb. Bu dövrdə müharibə fəlakətləri, müharibənin insan taleyini yerlə yeksan etməsi yazıçını dərindən düşündürürdü. Romanın əvvəlində ilk abzasları diqqətlə oxusaq, Oran şəhərinin ruhsuz bir yaylanın ortasındakı tənhalığın, hər bir nöqtəsi ilə həyatın burada can verdiyinin şahidi olarıq. Əsərdəki hadisələr taunun geniş şəkildə yayıldığı Oran şəhərində cərəyan edir. Əsərin əsas qəhrəmanlarından biri olan Həkim Bernar Ryö taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır. Oran şəhərinin sakinləri kiçikdən böyüyə kimi ölümcül dərəcədə təhlükəli tale qarşısındadırlar. Şəhərdən çıxış qadağan edilir, burada hamı qurbandır, infeksiya fərq qoymadan hamının, oğrunun, caninin, uşaq və qocanın canına yoluxur. Burada söhbət şəxsiyyətin mühitlə toqquşmasından, haqlı və ya haqsız adamların qanlı mübarizəsindən yox, ucdantutma hamının taunla üz-üzə gəlməsindən və ölümə məhkumluğundan gedir. Yazıçı " Taun " üzərində işləyərkən gündəliyində aşağıdakı qeydləri aparmışdı: " Taunun köməyi ilə dünyanın hamımızın qarşılaşdığı boğucu atmosferini vermək istəyirəm. Eyni zamanda bu şərhi bütövlükdə mövcudluğa şamil etmək istəyirəm. Bu anlamda " Taun " azad olmaq istədiyinə görə insan " ədalət mühakiməsi " adına qətlə yetirilirsə, buna görə də bütöv bir şəhər bəlaya düçar olmalıdır.

  • Elmin Seyfəddinliділиться враженням7 років тому
    👍Раджу
    💡Пізнавальна

    Taunun əsir etdiyi bir şəhərdə çarəsiz, yaxınlarından ayrı qalmış, qəlblərindəki son ümid işığı sönmüş insanlar haqqında bir hekayə.
    Tarunun bu ifadəsi məni düşündürdü:”Hər birimiz taunlu xəstələrik. İnsanlara əzab verən, həyatlarını əlindən alan hər kəs taun xəstəsidir”.

  • M.Vəlizadəділиться враженням6 років тому

    Əhvalat kimi maraqlı idi hadisələr,lakin ağır oxunurdu. Boş cümlələr çox idi.

Цитати

  • Elmin Seyfəddinliцитує7 років тому
    Hər hansı bir şəhərin həyatı ilə maraqlananda gərək orada adamların necə işləməsini, necə sevməsini və necə ölməsini öyrənəsən.
  • Şəfiqə Babayevaцитує8 років тому
    Əgər o hər şeyə qadir olan bir allaha inanmış olsa, xəstələri müalicə etməz və onları allahın ixtiyarına verərdi.
  • Aynurə Əhmədovaцитує5 років тому
    Hər hansı bir şəhərin həyatı ilə maraqlananda gərək orada adamların necə işləməsini, necə sevməsini və necə ölməsini öyrənəsən.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз