az
Həmid Piriyev

Yer üzündə axırıncı gecə

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət ki-tablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç-iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm.
Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…
Ця книжка зараз недоступна
74 паперові сторінки
Рік виходу видання
2022
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • b6018464013ділиться враженням2 роки тому

    Əla hər kəs oxusun

  • b6666906393ділиться враженням2 роки тому
    👍Раджу

    Oxumağa dəyər

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз