bookmate game
az
Knut Hamsun

Aclıq

Повідомити про появу
Щоб читати цю книжку, завантажте файл EPUB або FB2 на Букмейт. Як завантажити книжку?
Knut Hamsunun Kristianiyada keçirdiyi əzablı və qorxunc gənclik illərinin üzərindəki pərdəni bir az qaldırsaq, «Aclıq» romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar. O vaxtlar yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür. Onun aclıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Yazıçının öz sözlərinə görə, o bu əsərdə «ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sarsıntılarını təsvir etməyə səy göstərib». Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı deyil. O, sanki iki aləmdə — gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır. Bu ikilik romanın adında da özünü göstərir: onun qəhrəmanı korlanmış, pozulmuş dünyada yalnız fizioloji deyil, həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq keçirir. Romanın simpatik-ironik üslubu yazıçı ilə qəhrəman arasında üzvi bağlantı yaradır.
Ця книжка зараз недоступна
189 паперових сторінок
Правовласник
Qanun Nəşriyyatı
Уже прочитали? Що скажете?
👍👎

Враження

  • Fexri Hacizadeділиться враженням5 років тому
    👍Раджу

    Qisa,ancaq cox deyerli eserdir.Tekrar bele oxumaga deyer

  • Sevaділиться враженням5 років тому
    👍Раджу
    💀Страшна
    💡Пізнавальна
    🎯Корисна
    🚀Неможливо відірватися

    Çox maraqlıdır. Xoşuma gələn kitablardandır.
    Məsləhət görürəm.

  • Xalıqova Fidanділиться враженням8 років тому
    🙈Нічого не зрозумів
    💡Пізнавальна
    🎯Корисна
    💞Романтична
    💧Зворушлива

    Yeni sözün qüdreti desek qısaca yanılmarıq. Adi hesab etdiyimiz aclıq hissini heqiqetde yaşayan insanların dilinden verib . İnanılmazdır!!!!

Цитати

  • Fexri Hacizadeцитує5 років тому
    Artıq ac deyildim, amma şirin piroqlar ürəyimi bulandırmağa başlamışdı. Başımda yenə də ən sarsaq fikirlər dolaşmağa başladı: görəsən, gəmilərin bağlandığı kəndiri gizlicə kəssəm nə olar? Ya da qəfildən «Yanğın» qışqırsam?
  • Qorxmaz əliyevцитує2 роки тому
    – Yaxşı, sınayaq, – son sözlərimə xəfifcə gülümsünərək dedi. – Ancaq xoşuma gəlməsən, İngiltərədə ayrıla bilərik.
    – Əlbəttə! – sevinərək cavab verdim və onun sözlərini təkrar etdim: – Xoşunuza gəlməsəm, İngiltərədə ayrıla bilərik.
    Beləliklə, o mənə iş verdi…
    Biz fiorda çıxanda zəiflikdən və həyəcandan tamamilə tərləyib islanmış qəddimi düzəldib sahilə baxdım və bütün pəncərələrində artıq parlaq işıqlar yanan Kristianiya şəhəri ilə, nəhayət, vidalaşdım.
  • Qorxmaz əliyevцитує3 роки тому
    Mən qamətimi mümkün qədər dik tutmağa çalışır və durmadan addımlayırdım; ayaqlarım əsirdi, yerişim səlis deyildi, bütün bunlar ona görə baş verirdi ki, mən mümkün qədər gözəl yeriməyə çalışırdım.

На полицях

fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз